İngiltərənin 145 yaşlı futbol klubu dağılır

img

26-08-2019 [15:21]


İngiltərənin ən köklü futbol klublarından biri dağıla bilər.

"Report” "Sky Sports”a istinadən xəbər verir ki, hazırda 1-ci liqada çıxış edən "Bolton” maliyyə problemi ilə üzləşdiyi üçün fəaliyyətini dayandırmağa yaxındır.

Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası "Bolton”a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək.

Qeyd edək ki, 1874-cü ildə yaradılan "Bolton” son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb.
Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 23.02.2020

Sabah hava necə olacaq?