Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

img

24-08-2019 [17:20]


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 5,1% artaraq 14 183,2 mln. kVt/saat təşkil edib.

"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmtəəlik elektrik enerjisi istehsalının payı isə 13 685,2 mln. kVt/saat olub. Əmtəəlik istehsalın həcmi ötən ilin müvafiq dövründən 5,3% çox olub.

İstehsal edilən elektrik enerjisinin 1 040,3 mln. kVt/saatı su elektrik stansiyalarının, 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının, 71,1 mln. kVt/saatı küləklə işləyən stansiyaların, 25,7 mln. kVt/saatı günəş enerjisi ilə işləyən stansiyaların istehsalının payına düşüb.

Su elektrik stansiyalarının istehsalı ötən ilin müvafiq dövründən 12% az, istilik elektrik stansiyalarının istehsalı 6,6%, külək stansiyalarının istehsalı 5 dəfə, günəş stansiyalarının istehsalı 9,8% çox olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA