Bakıda xarici vətəndaşı döyənlər saxlanıldı

img

22-08-2019 [13:08]


Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,  avqustun 15-də iki naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyərək 70 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:15 13.07.2020

Neftin qiyməti azalır