Balakən sakini narkotiklə tutuldu

img

21-08-2019 [15:07]


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.

Mia.az DİN-ə istinadla xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib. 

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
SON XƏBƏRLƏR
16:15 13.07.2020

Neftin qiyməti azalır