Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb

img

18-08-2019 [12:27]


Ağsu rayonunda piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, H.Əliyev prospektində "Niva" markalı minik maşını 4 yaşlı yerli sakin Məmmədova Nəzrin Elimağa qızını vurub.

Zərbənin təsirindən ağır xəsarət alan azyaşlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR