İmişlidə yol qəzası baş verib, xəsarət alan var - FOTO

img

16-08-2019 [17:14]


İmişli rayonunda yol qəzası baş verib.

Hadisə şəhərin Nəcməddin Savalanov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - İmişli rayonunun Cəfərli kənd sakini Rövşən Mirzəli oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA