Paytaxt sakininin maşınından silah-sursat çıxdı

img

08-08-2019 [18:18]


Bakı şəhər sakini S.Şahalıyevin avtomobilindən silah-sursat və 39 kiloqramdan artıq marqanes götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi "Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış "TOZ-8” markalı silah, 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanqanat (marqanis) aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA