Qurban bayramında Bakı-Gəncə istiqamətində əlavə qatar təyin ediləcək

img

02-08-2019 [17:23]


Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-dən "Report”a verilən məlumata görə, Bakıdan 10 avqustda 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

"Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaq”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR