30-07-2019 [20:11]
İndiyədək ali məktəbə qəbul üçün ixtisas seçiminə buraxılan 6880 abituriyent elektron ərizəsini təsdiq etməyib.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi 6 avqust saat 23.59-dək internet vasitəsilə aparılacaq.
Bildirilib ki, I qrup 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.
30 iyul saat 14.30-a olan məlumata əsasən I-IV ixtisas qrupları üzrə 29040, V ixtisas qrupu üzrə 4006 olmaqla ümumilikdə 33046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6880 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.
İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23.59-dək davam edəcək.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları "Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində və Naxçıvanda rayon təhsil şəbələrində ixtisas seçimi başa çatanadək fəaliyyət göstərəcəklər. Müxtəlif rayon təhsil şöbələri və məktəblərdə də fəaliyyət göstərir.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq