Sumqayıtda nənə və 5 yaşlı nəvəsini maşın vurub

img

30-07-2019 [16:30]


Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.

Hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib. 

Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub. 

Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.
Digər xəbərlər
SON XƏBƏRLƏR