Direktor hamilə aktrisanı işdən çıxardı, uşaq tələf oldu - Qalmaqal

img

29-07-2019 [11:30]


İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.

Bu haqda Ş.Cəbrayılova özü bildirib. 

Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:

"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".

Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı teatr da açıqlama yayıb.  Açıqlamada qeyd olunur ki, aktrisa Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmayıb:

"Rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzürlü səbəb göstərmədən imtina etmişdir. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozmuşdur. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa Şəbnəm Cəbrayılova iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etməmişdir”.

Ölke.az


Digər xəbərlər
SON XƏBƏRLƏR