Gömrükçülər şəhid ailəsinin kondisionerini əlindən alıb

img

25-07-2019 [14:13]


""Sınıq Körpü" gömrük postunda iki gün əvvəl şəhid ailəsi Qazax rayonu sakini Murad Musayevin evi üçün alınan kondisioner əlindən alınaraq, gömrük postunun anbarına yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə İlham Musayev yazıb.

O bildirib ki, şəhid ailəsinə isə deyilib ki, get, iki gündən sonra kondisionerini verəcəyik: "Şəhid ailəsi kondisionerini gedib istəyəndə isə post rəisi Vüsal Nuriyev tərəfindən deyilib ki, Tovuz Gömrük İdarəsində yük şöbəsində kondisionerə rüsum ödənməlidir. 

Vüsal Nuriyev, görünür, heç şəhid ailəsini də saymır, çünki arxasında yaxın qohumu olan komitə sədri cənab Səfər Mehdiyev dayanıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR