Türkiyədə Belarus diplomatı güllələndi

img

24-07-2019 [23:54]


Ankarada silahlı hücum nəticəsində Belarus diplomatı ağır yaralanıb.

"Sozcu" qəzeti xəbər verir ki, səfirin müşaviri olan Aleksandr Poqanşevə onun istefada olan hərbçi ev qonşusu hücum edib və sonradan özünə qəsd edib.

İlkin məlumatlara görə, hücuma məişət zəminində mübahisə səbəb olub.

Diplomat əməliyyat olunub, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Öz növbəsində Belarus Xarci İşlər Nazirliyi diplomata psixi problemləri olan Türkiyə vətəndaşının atəş açdığını bəyan edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA