ATƏT: "Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub"

img

22-07-2019 [17:15]


Ukraynada seçkilər şəffaf keçirilib və vətəndaşların öz iradəsini sərbəst ifadə etmək prosesinə tətbiq olunan beynəlxalq standartlara uyğun olub.

Bu barədə ATƏT-in xüsusi koordinatoru, ATƏT Parlament Assambleyasının fəxri sədri, Finlandiya parlamentinin müdafiə komitəsinin rəhbəri İlkka Kanerva bildirib.

"Səsvermə şəffaf olub, seçkilərin təşkili isə yaxşı səviyyədə idi. Səslərin sayımı da şəffaf olub", - o deyib.

İ.Kanervanın sözlərinə görə, seçki kampaniyası demokratik prosedurlarla bağlı bir sıra pozuntulara baxmayaraq, rəqabətli keçib.

Qeyd edək ki, səsvermə protokollarının 64,03%-nin sayılmasının nəticələrinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin tərəfdarlarının Xalqın Xidmətçisi Partiyası səslərin 42,54%-ni qazanıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA