21-07-2019 [12:37]
-Bu gün "Əkinçi”nin çapdan çıxmasının 144 illiyinin qeyd olunması müsbət hadisədir. O mənada ki, biz hər dəfə mətbuatımızın mənzərəsinə yenidən nəzər yetirir, sovet dövrünün əvvəlləri ilə bu günün mətbuatının müqayisəsini aparır, tarixi müqayisələrdə onun üstünlükləri və neqativlərinə diqqət çəkirik. Hər zaman müzakirələrin obyektində olan "Mətbuatda yeni nələr var, mətbuat ictimai fikrə təsir eliyə bilirmi”- sualı mediamızın durumunu müxtəlif aspektlərdə təhlil olunmasını tələb edir.
Bu gün Azərbaycan mətbuatının vəziyyətini bircə cümlə ilə səciyyələndirmək mümkün olarsa, bunu deyə bilərəm ki, O dərin bir böhran vəziyyətindədir. Həm peşəkarlıq baxımından, həm medianın ictimai fikrə təsiri baxımından, həm də medianın özünün nüfuzu baxımından...
Bu gün Azərbaycanda mətbuat öz funksiyasından başqa hər şeylə məşğuldur. Yəni mətbuat cəmiyyətə həqiqəti demək, onu yeniliklərlə tanış eləmək, araşdırmalar aparmaq, nöqsanları aşkara çıxarmaq, eləcə də, hakimiyyət üzərində ictimai nəzarətçilik funksiyalarını həyata keçirmək əvəzinə, "təbliğat”, manipulyasiya, ictimai fikirdə çaşqınlıq yaratmaq, reketçilik, şəxsi maraqları önə çəkmək və sair özünə aid olmayan çeşidli işlərə baş vurur. Təəssüf ki, bu cür keyfiyyətsiz mətbuat, keyfiyyətsiz cəmiyyətdə meydana çıxır. Bir tərəfdən media üçün yaradılan şərait, o biri tərəfdən medianın əxlaqi gücünün olmaması, həddən artıq eybəcər simaların meydanda olması Azərbaycan mediasını kifayət qədər gözdən salır. Belə bir medianın ictimai rəyə, ictimai fikrə heç bir təsiri yoxdur. Yəni bunu birdəfəlik bilmək lazımdır. Tək-tük mətbuat nümunələri, yeni yaranan bəzi saytlar var ki, onlar mediamızla bağlı gələcəyə ümid hissi yaradırlar. Amma özünə hörmət eliyən, o missiyanı boynuna götürən media təəssüf ki, çox azdır. Ona görə də mən bu bayram gününü yalnız vicdanlı, dürüst əxlaqlı jurnalistlərin günü hesab edirəm və o adamlara da uğurlar arzu edirəm.
- Müasir mediamız öz qarşısında duran vəzifələri yerinə yetirə bilirmi?
- Belə bir vəziyyətdə olan mətbuat öz qarşısında olan vəzifəni heç cür yerinə yetirə bilməz. Jurnalistlərin beynəlxalq etik kodeksində mətbuatın əsas vəzifəsi belə müəyyənləşdirilir: həqiqəti yaymaq, həqiqətin yanında olmaq. Bizim mətbuat bunu edirmi, çox təəssüf ki, eləmir. Bu gün mətbuat çox təəssüf ki, çoxlarının, o cümlədən də siyasi qüvvələrin əlində vasitədir. Mətbuat bəzən oliqarxlar arasında dava alətinə çevrilir. Mətbuat, eyni zamanda doğrunu yaza bilmir, cəmiyyəti dürüst ifadə eləyə bilmir. Bura televiziyalar da aiddir, bura saytlar da aiddir, bura bu gün çox görünməz halda olan qəzetlər də aiddir. Ona görə hesab edirəm ki, bizim mətbuatımız bu cür böhranlı vəziyyətə gəlib çıxıbsa, artıq bizim üçün ictimai, sosial dəyər daşıya bilməz.
- Jurnalistin fəaliyyətini "mükafatlandıran” əsas xüsusiyyətlər hansılar olmalıdır?
- Bu, əslində jurnalistikanın əlifbasıdır. Jurnalistikada çalışan adamlar bilməlidirlər ki, onlar varlı adamlar olmayacaqlar. Onlar vicdanlı olacaq, dürüst olacaq, cəmiyyətin yanında olacaq, çox şöhrət qazana biləcəklər. Amma bu şöhrəti, vicdanlı, əxlaqlı olmağın, həqiqəti deməyin, yaltaqlığın qarşısına sipər çəkməyin, yalanlara və manipulyasiyalara qarşı durmağın hesabına qazanıla bilər. Təəssüf ki, bizim jurnalistlərin böyük əksəriyyəti artıq təmənnalı bir vəziyyətdədirlər, artıq onlara edilən güzəştlər bir çox hallarda onların aşağılanmasına, susqunluğuna gətirib çıxarır və təəssüf ki, bu çox kədərli mənzərə yaradır. "Jurnalist necə olmalıdır", sualının çox aydın və konkret cavabı var.
Mən yenə də qeyd edim ki, beynəlxalq jurnalistlər kodeksində də, Azərbaycan Mətbuat Şurasının birinci qurultayında qəbul olunmuş "etik qaydalar"da da jurnalistin hansı mənəvi keyfiyyətləri daşımalı olduğu qeyd olunur. Jurnalist əgər təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa, əxlaqdan məhrumdursa, yalanları tirajlayıb manipulyasiya ilə məşğuldursa, o, bu cəmiyyətə heç nə verə bilməz. Yəni artıq o jurnalistlikdən çıxıb tamamilə mənfi bir tipə çevrilir. Ona görə yalançı insanların bir-birinin yanında durub, bir-birinə təsəlli olmalarına baxmayın. Amma onlar da öz vicdanları qarşısında bir hesabat verirlər. Hesabat verirlər ki, Azərbaycan mətbuatının bu kökə salınmasında kimlər rol oynayıb.
Əlbəttə, burada çox obyektiv səbəblər var, siyasi şərait var, ciddi problemlər var ki, bu da mətbuatı öz yolu ilə getməyə imkan vermir. Amma yaxşı nümunələr də var. Məsələn "Turan” Agentliyi - Mehman Əliyev, Elçin Şıxlı, Arif Əliyev kimi jurnalistlərimiz var. Tutaq ki, bizdə tənqidçi mətbuatın nümayəndəsi olan 100-lərlə deyil, 10-larla belə qiymətli jurnalist var. Müstəqil jurnalistlərimiz də var. Adlarını çəkmək istəmirəm, onlara böyük rəğbətim var. Çox sevinirəm ki, onlar bu gün Azərbaycanda jurnalist adını şərəflə qoruyurlar və öz fəaliyyətləri ilə bunu göstərirlər.
Bunlar arasında xanımların da olması məni çox sevindirir. Bu cür adamlar o əxlaqı, o ruhu, o düşüncəni daşıya bilirlər. Mətbuat günündə adətən xoş şeylərdən danışırlar. Amma mövcud vəziyyət bizdə yalançı nikbinlik doğurmur. Müəyyən dəstə var ki, bunu bilərəkdən bu yola yönəldiblər, bundan öz şəxsi, hətta koorporativ maraqları üçün istifadə edirlər. Əgər mətbuatın vəziyyəti düzəlməsə - hansı ki, müəyyən qüvvələr var ki, onlar yenə də mətbuatın o çərçivədən çıxmasına imkan vermirlər -, artıq o mətbuat bataqlığın içərisində qalacaq. Ona görə də belə mətbuatın nəyini təbrik edəsən?
Çoxluq bu yoldadır. Ümidverici haldır ki, yeni televiziyalar, saytlar yaranır işartılar, qığılcımlar var. O cür mətbuat nümayəndələrini təbrik edirəm, sizin sayta da xoş arzularımı bildirirəm. 20 il media məkanında bu cür şəraitdə qalmaq və prinsiplərinin arxasında dayanmaq asan deyil. Bütün jurnalist həmkarlarıma uğurlar arzu edirəm. Bütün vicdanlı jurnalistləri təbrik edirəm.
100 nəfərin içərisində bir dürüst, bir əxlaqlı adam varsa, deməli medianın əxlaqlı, vicdanlı platformasını təmsil edənlər var. Bax o insanları Milli Azərbaycan Mətbuatı günü münasibətilə təbrik edirəm. Zərdabi ruhunu yaşadan, Üzeyir bəy ruhunu, Əhmədbəyoğlu, Rəsulzadə, Əlibəy Hüseynzadə kimi ruhları yaşadan medianın olmasını istəyirik və hər halda ümid edirik ki, bu, olacaq.
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb