S-400, F-35 və Suriya... - Çavuşoğlu ilə Pompeo nələri müzakirə etdi?

img

20-07-2019 [17:17]


Bu gün ABŞ-ın Dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, telefon söhbəti ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, tərəflər Türkiyənin "F-35” proqramından çıxarılmasını, Rusiyadan "S-400” raketlərinin alınması, Suriyanın İdlib, Menbeç və digər təhlükəsizlik ərazilərindəki vəziyyəti müzakirə ediblər.

Nazirlik müzakirənin detallarını açıqlamayıb.

Xatırladaq ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə tərəflər arasında münasibətlər gərginləşib. ABŞ Ankaranı F-35 proqramından çıxarmaqla yanaşı, əlavə sanksiya tətbiqi ilə hədələyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA