19-07-2019 [16:02]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.
Baxış zamanı texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən "Günəş MS” MMC-də istehsal edilmiş "H2O” və "Qax” əmtəə nişanlı suların üzərində minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində "mineral süfrə suyu” yazıldığı məlum olub.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb:
1. Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, fiziki şəxs Şıxlinski Fərid Zeynal oğluna məxsus "Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
2. Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus "Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
3. Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus "Sadiq” və "Qax" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
4. Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs "Günəş MS” MMC-yə məxsus "Sevim”, "H2O” və "Qax” əmtəə nişanlı su istehsalı sexi
5. Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən fiziki şəxs Mustafayev Orxan Cahangir oğluna məxsus "Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
6. Balakən rayonu Qullar kəndində yerləşən fiziki şəxs Papaxov Elman Fəxrəddin oğluna məxsus "Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
Türkiyədə COVİD-19: son gündə daha 5862 nəfərdə aşkarlanıb
İşsizliyə görə aylıq sığorta ödənişi... - Hesablanma qaydası dəyişir
Sənədlərin tərcüməsinə, surətlərinin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumunun məbləği dəyişir
DİN-də kollegiya iclası: Vilayət Eyvazov qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verib + FOTO
Müdafiə Nazirliyi Kəlbəcərdən yeni görüntülər yayıb - VİDEO
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
RƏSMİ PARİSDƏN AZƏRBAYCANA MÜHÜM MESAJ: "Bu, ölkələrimiz üçün deyil, hər kəs üçün vacibdir..."
Aleksey Navalnı haqda həbs qərarı verildi
Milli Məclisdə əfv etmə-amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək
Parlamentin İnsan hüquqları komitəsi yanında Çevik Qrup yaradılacaq
Müdafiə Nazirliyi şəhidlərin yeni siyahısını açıqladı: daha 50 nəfərin ad və fotoları əlavə olundu- TAM SİYAHI
Ağcabədidə qanunsuz işləyən süd qəbulu məntəqəsi bağlanıb
İranda daha 5806 nəfər koronavirusa yoluxub
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanla Türkiyə media ilə bağlı əməkdaşlığı genişləndirəcək
Rəsmi Ankaradam Ermənistana daha bir mesaj: "Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz"
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək
Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik"
Prezidentdən məmurlara xəbərdarlıq: "Təmizləmə prosesi gedir və gedəcək" - Daha iki zavodun təməli qoyuldu, birinin açılışı oldu - FOTOLAR
Dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
Nazirlər Kabineti rəsmisi: "Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək"
Paşinyan özünə yeni köməkçi təyin edib
İstedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək
Lavrovdan Qarabağla bağlı növbəti açıqlama: "Sülhməramlıların mandatı məsələsi həll olunur” - Rəsmi Ankaranın tələbi Moskvanı hərəkətləndirdi
Ağdaşda gizlin fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb
Masallıda 3 narkotacir saxlanıldı
Koronavirusa yoluxan Ermənistan prezidenti müalicəsini ev şəraitində davam etdirəcək
Lavrov: "Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib"
Sabah qar yağacaq
Qusarda motosiklet dərəyə aşıb, ölən var
Abşeronda evlərdən 22 min manatlıq oğurluq edildi
Cəlilabadda keçmiş məhkum 4 kq narkotiklə tutuldu
Bakı sakinində silah-sursat aşkarlandı
Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi İraqda səfərdədir
Ötən il Azərbaycan Ukraynaya 265 milyon dollarlıq neft ixrac edib
Azərbaycanda qaz hasilatı 4 % artıb
Böyük Səhraya qar yağıb
Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü
Almaniyada koronavirusun yeni mutasiyası aşkarlanıb
Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı