18-07-2019 [15:01]
Qulu MƏHƏRRƏMLİ
***
Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının son bir həftədə demək olar ki, kütləvi şəkildə paylanmasına da məmləkət əhlinin reaksiyası təxminən belə oldu…
* * *
Əvvəla, onu ərz edək ki, bir əsr əvvəl kəşməkeşli bir zamanda o dövrlərə kimi coğrafi anlayış kimi qavranılan "Azərbaycan” adına siyasi məzmun verib onu tarix səhnəsinə çıxarmış, bu adı dünya ilə bir etmiş və indi də qürur mənbəyimiz olan Cümhuriyyət adına medalın təsis edilməsi çox yaxşıdır, amma onun bir ildən sonra bu cür urvatsız şəkildə paylanması pisdir.
Bu medalın Ramiz Abutalıbov, Firdovsiyyə Əhmədova, Ədalət Tahirzadə, Nəsiman Yaqublu kimi tədqiqatçılara verilməsi çox ədalətlidir, amma Aydın Balayev, Cəmil Həsənli, Nəsib Nəsibli kimi görkəmli tarixçilərin diqqətdən kənarda saxlanması insafsızlıqdır. Mən hələ Cümhuriyyət mövzusunu sovet dönəmindən gündəmə gətirmiş Möhsün Əliyevin, Ziya Bünyadovun, Tadueş Svyataxovskinin xatırlanmamasını demirəm…
Ötən il cəmiyyətimizdə bir coşqu yaratmış "Cümhuriyyət 100” kampaniyasının qəhrəmanlarından biri olmuş, bu tarixə aid sənəd və fotoları bal arısı kimi toplayıb muzey səviyyəsinə qaldırmış tədqiqatçı-publisist Dilqəm Əhmədə bu medal ana südü kimi halaldır, amma adını jurnalist qoyub Cümhuriyyətin nə olduğunu bilməyən, "Rəsulzadə” sözünü işlədəndə dodağı yeddi yerdən çatlayan mürəkkəb xislətli media mənsublarına belə mükafat haramdır.
Qafqaz İslam ordusu və Nuru paşa haqqında maraqlı tədqiqatlar aparmış "Şərq”in redaktoru Akif Aşırlıya yubiley medalının verilməsi doğrudur, amma hərb tariximizin maraqlı bir səhifəsi – Yalama döyüşü haqqında bir çox həqiqətləri araşdırıb bu barədə kitablar yazıb, sənədli film çəkmiş Arif Əliyevin zəhmətinin görməzliyə vurulması açıq qərəzdir. Cümhuriyyəti "Şərqin çağdaşlıq möcüzəsi” kimi tədqiq edən professor Mehman Dəmirlinin, fədakar araşdırmaçı Nəcibə Bağırzadənin yada salınmaması da qərəzdən başqa bir şey deyildir.
Cümhuriyyət dəyərlərini xarici ölkələrdə təbliğ edən diasporun bəzi tanınmış nümayəndələrinin medallandırılması ürəkaçandır, amma uzun illərdir ömrünü, malını və canını bu yolda fəda edən, kitablar yazdırıb, filmlər çəkən Əhməd Obalının"unudulması” qan qaraldandır.
Mən hələ parlamentdəki bəzi "maralların” sinəsinə bu medalın taxılmasının Cümhuriyyət quranların ruhunun birbaşa incidilməsi demək olduğunu yazmıram. Aydındır, parlamentə bu medallar "topdan” verilib və aşağı-yuxarı heç kimə fərq qoyulmayıb, amma hər halda yenə suallar yaranır: necə ola bilir ki, Cümhuriyyət fəlsəfəsini və ideyalarını yorulmadan yayan deputat Fazil Qəzənfəroğlu da bu mükafata layiq görülür, Cümhuriyyətə və onun qurucusu M.Ə.Rəsulzadəyə həqarət edən (və adını bura yazmağı rəva bilmədiyim) vücudlar da? Axı iliyinə kimi Cümhuriyyət düşməni olanlar, onun ideyalarına nifrət edənlər və buna görə də Azərbaycanı ikiyə bölmüş Araz çayı kimi lənətlənən bu adamlar o medalı yaxalarında necə və hansı üzlə gəzdirə bilərlər?
Azərbaycan Cümhuriyyəti əxlaq və mənəviyyat üzərində qurulmuşdu. Qurucu babalarımız onu belə yaradıb və bu dövlət tarixdə də belə qalıb. Ona görə də həmin fenomenlə bağlı hər şey, o cümlədən mükafatlandırma işi də yalnız əxlaqa və mənəviyyata söykəndikdə ədalətli sayıla bilər…
* * *
Dünyanın bir çox dillərində bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə«bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. ifadələr işlədilir. XVI əsrdə Avropada yaranmış bu ifadə din xadimlərinin ikiüzlülüyünə, onların üzdə bir cür, daldada başqa cür olmalarına etiraz kimi meydana çıxıb. 1511-ci ildә həmin etirazın bədii ifadəsi kimi Erazm Rotterdamskinin xristian dini vә Roma papasını әlә salan «Axmaqlığın mәdhi» әsәri nәşr olunub.
Bir müddət sonra xalq etirazının simvollarla ifadəsi mərhələsi başlanıb, din əleyhinə şəkillər çəkilib, ictimai yerlərdə papanın karikaturaları görünməyə başlayıb. Bu formada etirazın zirvəsi daha çox jeton medallarda öz əksini tapıb. Həmin jeton medalların üzәrindә papanın şәkli elə hәkk olunmuşdu ki, medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başlayıb.
Xoşbəxtlikdən hansı tərəfə çevirsən, bizim medalın təsviri olduqca gözəl, müasir dizaynlı və birmənalıdır. Amma hər halda bu gözəlliyin və xoş niyyətin arxasında işləri korlayan bir şeytan gizlənməmiş deyil. Cümhuriyyət medalının belə urvatsız edilməsinin arxasında məhz həmin şeytan dayanır…
Ayna.az
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO