NATO ABŞ-ın qərarına qarşı çıxdı - Baş katib Türkiyənin əhəmiyyətini qabartdı

img

18-07-2019 [10:29]


"NATO-nun Türkiyə ilə əməkdaşlığı "F-35”lərdən daha dərin və əhatəlidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəni "F-35” proqramından çıxarmasına  şərh verərkən deyib.

O, Türkiyənin Rusiyadan aldığı S-400-lərin  əhəməiyyətli olduğunu dyeib, lakin əlavə edib ki, Türkiyə "S-400”lərdən daha əhəmiyyətlidir: "Alacağı müdafiə sistemi haqqında qərar vermək hər ölkənin öz işidir. NATO üçün əhəmiyyətlisi bunun Alyansın sistemlərinə uyğun işləyib, işləməməsidir. Türkiyənin aldığı "S-400” kompleksi NATO-nun müdafiə sisteminə inteqrasiya olmayacaq, çünki bunlar birlikdə fəaliyyət göstərə biləcək bir qurğu deyil. Türkiyə də belə bir tələb irəli sürməyib”.

Stoltenberq ABŞ-ın qərarından da narahat olduğunu gizlətməyib: "Türkiyə NATO-nun hava müdafiə sisteminin bir parçasıdır və bu, belə də davam edəcək. Ancaq Türkiyənin "F-35” proqramının bir hissəsi olmayacağından da narahatam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA