Saakaşvilidən "Keşikçidağ"ı ilə bağlı açıqlama: "Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram"

img

16-07-2019 [11:03]


"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”.

Mia.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi "Keşikçidağ" monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o, öz "feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA