“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir” - Britaniyadan bəyanat

img

15-07-2019 [17:25]


"İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”.

Bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 15-də Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın nüvə probleminə həsr edilən toplantısından əvvəl bildirib.

"Biz yaranmış fürsətdən istifadə edərək İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq”, - deyə nazir vurğulayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, İranın müqavilədən mərhələli şəkildə çıxması ABŞ-ın səhv qərarına cavab oldu”.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvənd iyulun 15-də deyib ki, Tehran 2015-ci ilədək mövcud Vyana razılaşmasınadək olan dövrə tamamilə qayıda bilər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA