Avropa İttifaqı Türkiyəni hədələdi - Sanksiya ilə

img

11-07-2019 [13:16]


Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

Bu barədə Aİ-nin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA