Bakıətrafı kənd və qəsəbələrə yeni kanalizasiya xətləri çəkiləcək

img

10-07-2019 [13:47]


"Azərsu" ASC Bakı və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış- kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Mia.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

"Bakıətrafı kənd və qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki yoxdur. Mövcud kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı kənd və qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması planlaşdırılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA