Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

KRİMİNAL

09.07.2019, 17:46

Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 8-nə keçən gecə Kür qəsəbəsindəki evlərin birindən 1250 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Bağırov saxlanılıb.
İyunun 16-da Bakı şəhər sakini olan bir qadının 221 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini C.Hüseynov isə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR