Putin onu təhqir edən jurnalistə mesaj verdi: "Yayımını davam etdir"

img

09-07-2019 [17:33]


Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sanksiyalara tətbiq etməyəcək.

Mia.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, o, bu barədə suala belə cavab verib: "Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”.

Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib: "Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”.

Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.Bundan sonra kanal qısamüddətli dayanıb, həmin əməkdaş kanaldan qovulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR