Hava yastığının içərisində gizlədilmiş 1800 ədəd siqaret müsadirə olundu

img

09-07-2019 [14:02]


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsini Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Volkswagen Jetta" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Mia.az DGK-nə istinadla bildirir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. 

Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq hava yastığının içərisində gizlədilmiş 1800 ədəd "King" markalı siqaret və yük yerində isə hər biri 1 litr olmaqla 13 ədəd üzərində "Nemiroff" yazısı olan spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR