Röya 1 milyon 700 min izləyicisi olan "İnstaqram"ını tərk etdi: "Anladım ki..." - VİDEO

img

08-07-2019 [17:49]


Əməkdar artist Röya Ayxan 1 milyon 700 min izləyicisi olan İnstaqramını tərk edib.

O, artıq 10 gündür ki, sosial şəbəkədə heç bir paylaşım etmir.

Müğənninin fanatları da onun bu addımından narahatlıq hissi keçiriblər.

Məlum olub ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi  ilə əlaqələndirib.

Kanon ifaçısı Xədicə Həsənovaya "Whatsapp” vasitəsilə doğum günü təbriki yollayan Röya bildirib:

"Səni öz səhifəmdən təbrik etmək istəyərdim, amma yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və s.”.

Qeyd edək ki, PR-ın, reklamın İnstaqramdan aparıldığı, insanların sosial trendlərdən asılı olduğu bir zamanda müğənninin bu addımı xeyli gözlənilməz olub.

Onu da bildirək ki, sənətçi bunadək bir neçə dəfə İnstaqramdan qısa fasilələrlə uzaqlaşıb. Lakin bu fasilələr 3-4 gündən artıq olmayıb.

Axsam.az

Digər xəbərlər
SON XƏBƏRLƏR