08-07-2019 [12:23]
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Mia.az AQTA-ya istinadla xəbər verir ki, Agentliyə Lənkəran, Masallı və Cəlilabad rayonlarında yerləşən, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl etmədən fəaliyyət göstərən süd və süd emalı müəssisələrində qanunsuz yollarla süd məhsullarının - saxta kərə yağının istehsal olunması ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində reydlər keçirilmiş, xammalın qəbulu və istehsalı sahələrində anti-sanitar vəziyyətin hökm sürdüyü və emal prosesində müxtəlif bitki yağları – marqarin, spred yağlarından istifadə edilərək "nehrə yağı”, "kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması faktları öz təsdiqini tapıb.
Yerlərdə aparılan araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub:
"Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir.
1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi,
2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi,
3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi,
5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi,
6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi.
Aşkar olunan qanunsuz fəaliyyətlər və onların nəticələri ilə bağlı geniş araşdırmaların aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir".
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Direktor müavini kanalda boğulub
Azərbaycan nefti bahalaşdı
Türkiyədə mediaya qarşı sensasiyalı əməliyyat: "Habertürk" və "Show TV" kanallarına "əl qoyuldu" (VİDEOLAR)
Ankarada zəlzələ olub - 4,1 bal gücündə
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
Hacıqabulda polis əməliyyatı: saxlanılan var
"Gençlerbirliği" 25 yaşlı cinah hücumçusunu icarəyə götürüb
"Eyüpspor" yarımmüdafiəçi transfer edib
NETANYAHU QƏTƏRİ HƏDƏLƏDİ: "Ya onları təslim edərsiniz, ya da..."
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"