MİT və Ordudan Kandildə birgə əməliyyat: PKK-nın rəhbər şəxslərindən biri öldürüldü

img

07-07-2019 [13:01]


Türkiyə MİT  və ordusu İraqın Kandil bölgəsində mühüm əməliyyat keçirib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, birgə əməliyyatla 1973-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olan PKK terror təşkilatının rəhbər şəxslərindən olan "Halmat Diyar" ləqəbli Diyar Qərib Məhəmməd bu gün məhv edilib.

Xatırladaq ki, Diyar Qərib Məhəmməd PKK-nın 7 rəhbər heyətindən biri idi.

O, eyni zamanda, PKK-nın Şimali İraq üzrə məsul şəxsi olub.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA