"Qarabağ" "Neftçi"nin sabiq futbolçusu ilə müqavilə bağlayacaq

img

03-07-2019 [13:26]


"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirir. 

Klubun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, son olaraq Portuqaliyanın "Braqa" komandasında çıxış edən Ailton Silva ölkə çempionunun düşərgəsindədir. 24 yaşlı müdafiəçi tibbi yoxlanışdan sonra Ağdam təmsilçisi ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, Ailton Silva "Braqa"da icarə əsasında çıxış edib. Braziliyalı futbolçu müqavilə ilə Almaniyanın "Ştutqart" komandasına məxsus olub. O, 2015/2016 mövsümündə icarə əsasında "Neftçi"də də çıxış edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA