Gürcüstanın hakim partiyasının deputatı mandatından imtina edib

img

03-07-2019 [13:04]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatı Zakaria Kutsnaşvili mandatının vaxtından əvvəl dayandırılması ilə bağlı parlament sədri Arçil Talakvadzeyə müraciət edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü məlumat yayıb.

Deputat səlahiyyətlərinin dayandırılması proseduruna əsasən, qanunverici orqanın Prosedur məsələləri üzrə komitəsi hesabat hazırlayacaq və növbədənkənar iclas formatında parlament üzvünün səlahiyyətlərini dayandıracaq.

Qeyd edək ki, Z.Kutsnaşvili Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar qaydad seçilmiş deputatdır. O, Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub. Deputat Gürcüstanda böyük etirazlara səbəb olan PPA-nın Tbilisidə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA