BMT: Hər 45-ci qaçqın Aralıq dənizində ölür

img

02-07-2019 [17:15]


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) hər 45-ci qaçqının Aralıq dənizindən keçmək istəyərkən öldüyünü açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT QAK-ın Almaniyadakı nümayəndəsi Dominik Barç bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə hər 269-cu, bir il sonra hər 71-ci və bu il isə hər 45-ci qaçqın və miqrant bu "marşrut"da ölüb.

Qeyd olunur ki, ötən il 2277 nəfər boğulubsa, bu il bu rəqəm 584 nəfərə bərabərdir. Ümumilikdə, 2015-ci ildən bu yana Aralıq dənizindən keçmək istəyərkən 14867 adam ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA