Qazaxıstanda partlayışlar 50 milyon dollardan artıq ziyan vurub

img

02-07-2019 [14:36]


Qazaxıstanın cənubundakı Arıs şəhərindəki hərbi hissənin silah-sursat anbarında baş verən partlayışlar nəticəsində dəymiş ziyanın, ilkin məlumatlara görə, 52,5 milyon dollar olduğu təxmin edilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Vladimir Bekker məlumat verib.

Onun sözlərinə görə, dəymiş ziyan barədə dəqiq məlumatı iyulun 15-dək verə biləcəklər. Eyni zamanda, V.Bekker ziyanın arta biləcəyini qeyd edib.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısdakı hərbi-hissədə əvvəlcə yanğın, ardından isə silah-sursat anbarında partlayışlar meydana gəlib. İki hərbçi daxil olmaqla, üç nəfər ölüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA