01-07-2019 [16:35]
Bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair "Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alınıb:
"Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşıb. Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, - deyə nazir əlavə edib.
Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.
Energetika naziri iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb - SƏRƏNCAM
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA
Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
"Beşiktaş" daha bir oyunçunun müqaviləsinin müddətini uzadıb
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Direktor müavini kanalda boğulub
Azərbaycan nefti bahalaşdı
Türkiyədə mediaya qarşı sensasiyalı əməliyyat: "Habertürk" və "Show TV" kanallarına "əl qoyuldu" (VİDEOLAR)
Ankarada zəlzələ olub - 4,1 bal gücündə
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
Hacıqabulda polis əməliyyatı: saxlanılan var
"Gençlerbirliği" 25 yaşlı cinah hücumçusunu icarəyə götürüb
"Eyüpspor" yarımmüdafiəçi transfer edib
NETANYAHU QƏTƏRİ HƏDƏLƏDİ: "Ya onları təslim edərsiniz, ya da..."
"Beşiktaş" Aymerik Laportu "radar"a alıb
BMT Baş katibi: "Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik"
"Fatih Karagümrük" isveçli oyunçusu transfer edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Yəmənə hücum etdi: 9 nəfər ölüb, 118 nəfər yaralı var
TRAMPDAN DÜNYANI TƏDİRGİN SALAN MÜHARİBƏ MESAJI: "Baxaq, başlayırıq"
"Beşiktaş" Gökhan Sazdağı ilə rəsmi müqavilə imzalayıb