"Twitter"lə verilən mesaj, gecəyarısı qəbul edilən qərar... - Tramp Kim Çen Inı Ağ Evə dəvət etdi

img

30-06-2019 [11:56]


Yaponiyada keçirilən G-20 sammitindən birbaşa Cənubi Koreya ilə Şimali Koreyanın sərhədindəki neytral zonaya gedən ABŞ prezidenti Donald Tramp bu gün Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp, Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İnıa sərhədin Cənubi Koreya tərəfindəndəki Azadlıq evində üçtərəfli görüş keçirib.

Görüşlə bağlı açıqlama verən Kim Çen In deyib ki, Trampın görüş təklifini  "Twitter"dəki mesajından eşidib: "Mən bu təklifi eşidəndə, özü də bizim sərhəddə olacağını biləndə, çox təəccübləndim. Gecəyarısına qədər düşündüm və qəbul etdim. Bu, əlbəttə, tarixi hadisə və görüşdür. Ümid edirəm ki, bu görüş gözləntiləri qarşılayacaq".

Kim Çen In Trampı ölkəsinə dəvət etdiyini də bildirib.

ABŞ Prezidenti Donald Tramp da öz növbəsində deyib ki, o, KXDR lideri Kim Çen Inı Ağ Ev-ə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA