SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 87,3 mln. dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edib

img

28-06-2019 [23:45]


Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin may ayı üçün olan sayında göstərilib.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 87,3 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 84,9 mln. dollar olub

Bu siyahıda növbəti yerləri "Azərenerji" ASC (51,8 mln. dollar), "Azəralüminium" MMC (31,3 mln. dollar), "Azergold" QSC (17,9 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (10,1 mln.dollar)"Azərbaycan Hava Yolları" QSC (7,3 mln. dollar), "CTS-Agro” MMC (4,9 mln. dollar), "Dövlət Material Ehtiyatları Agentliyi (555 min), "Azəripək" MMC (438 min dollar), "Bakı Neft Maşınqayırma Zavodu" ASC (377 min dollar), bölüşdürür.

Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə gəlincə, ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC (40,9 mln. dollar), "SOCAR Polymer” MMC (38,3 mln. dollar), "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (37,3 mln. dollar), "Caspian Enerji-2020”MMC (16,1 mln. dollar), "P-Aqro" MMC (14 mln. dollar), "Food Export Şəmkir” MMC (12,9 mln. dollar), "Sun Food" MMC (12,9 mln. dollar), "Baku Steel Company" MMC (12,6 mln. dollar), "Nine Climate” MMC (12,1 mln. dollar), "Aqrovest” MMC (11,1 mln. dollar) təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR