Vladimir Putin Donald Trampı Rusiyaya dəvət edib

img

28-06-2019 [18:41]


Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Böyük Vətən müharibəsinin başa çatmasının 75-ci ildönümünə həsr olunacaq bayram tədbirinə dəvət edib.

"Report” "Rossiya24” istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz ABŞ prezidentini gələn il mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya dəvət etdik”, - o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ lideri dəvəti müsbət qarşılayıb.

Qeyd edək ki, bu gün Yaponiyanın Osaka şəhərində "Böyük-20"liyin ("G-20") zirvə toplantısı keçirilir. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA