ABŞ ilə Rusiya liderləri G20 sammiti çərçivəsində 1,5 saat danışıq aparıblar

img

28-06-2019 [16:23]


Yaponiyanın Osaka şəhərində bu gün başlayan G20 sammiti çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasındakı görüş 1 saat yarım davam edib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, görüşdən əvvəl D.Tramp "çox maraqlı söhbətimiz olacaq. Müzakirə edəcəyimiz ticarət, silahsızlaşma, himayəçilik kimi bir çox məsələlər var”, – fikrini bildirmişdi.

İki liderin görüşü zamanı İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA