Azərbaycan Belarusdan elektrik avtobusları alıb

img

28-06-2019 [14:36]


Azərbaycan Belarusun "Belkommunmaş” holdinqindən 4 elekriklə hərəkət edən avtobus alıb.

"Report”un "BelTA” İnformasiya agentliyinə istinadən verdiyi məlumata görə, holdinq öz istehsalı olan 90-dan artıq elektrik avtobusunun satışını həyata keçirib.

Bu avtobusların 90 ədədə yaxını ancaq Belarusdan olan alıcılara göndərilib və 4 ədəd elektrik avtobusu isə Azərbaycana ixrac edilib.

Bundan başqa, hazırda elektrik avtobuslarının Gürcüstana tədarük edilməsi ilə bağlı perspektivlər işlənilir. Elektrik avtobuslarının iki nümunəsi Avropa standartlarına uyğun istehsal edilib.

"Belkommunmaş” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin müdiri vəzifəsini icra edən Aleksandr Klakeviç bildirib ki, artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA