Ərdoğandan Trampla görüşqabağı F-35 açıqlaması: "Əgər doğru olmayan addım atsalar..."

img

27-06-2019 [13:11]


 "Biz "F-35”lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz beynəlxalq məhkəməyə müraciət edəcəyik”.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın "Nikkey” qəzetinə müsahibəsində deyib.

O ümid etdiyini bildirib ki, belə hal olmayacaq: "Trampla "Böyük-20”liyin zirvə toplantısında görüşəcəm. Güman edirəm ki, bu görüş münasibətlərimizin güclənməsində vacib rol oynaya bilər".

Ərdoğan Trampın Türkiyəyə səfər edəcəyinin gözlənildiyini də deyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA