Tramp: "İranla müharibənin olmayacağına ümid edirəm"

img

26-06-2019 [19:20]


ABŞ prezidenti Donald Tramp növbəti dəfə İranla müharibənin başlayıb-başlamayacağı barədə danışıb.

Bu barədə "Report" "Fox Business"ə istinadən xəbər verir.

Ağ Ev rəhbəri bildirib ki, o, ABŞ-la İran arasında müharibənin olmayacağına ümid edir.

Dövlət başçısı həmçinin əlavə edib ki, iki ölkənin hərbi münaqişəsi "uzun müddət davam etməyəcək". Tramp vurğulayıb ki, ABŞ İrana hərbi kontingenti göndərməyə başlamazdı. Lakin Ağ Ev rəhbəri bu vəziyyəti şərtləndirən səbəblər barədə danışmayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA