Gürcüstanda parlament sədri 36 yaşlı şəxs oldu

img

25-06-2019 [14:48]


Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.

Onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib.

A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.

Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.

A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. O, 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, keçmiş spiker İrakli Kobaxidze iyunun 21-də istefa verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA