"Chanel"in baş direktoru soyğuna məruz qalıb

img

24-06-2019 [14:22]


"Chanel" şirkətinin baş direktoru Jak Mari Daniel Şenen soyğuna məruz qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Moskvanın mərkəzində naməlum şəxs tərəfindən törədilib.

Rusiya DİN-in Moskva Baş İdarəsindən TASS-a bildiriblər ki, oğru Şenenin 103 900 rubl dəyərindəki "Apple iPhone" markalı telefonunu oğurladıqdan sonra "Apple Pay" tətbiqi vasitəsilə zərərçəkənin bank kartından 2 milyon rubldan çox vəsait çıxarıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA