"İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq" - Tramp

img

22-06-2019 [10:00]


ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

O, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp qeyd edib.

Amerika lideri "mən buna cəhd etmirəm", - deyə bir daha təkrar edib.

O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

"İranlılara nüvə silahına malik olmaq olmaz", - Tramp deyib. 

"Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır", - deyə Ağ Ev rəhbəri əlavə edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA