AYB-dən Salam Sarvana kəskin cavab: "Nankordur, "vodka" əsiridir..."

img

18-06-2019 [21:45]


"Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi "vodka"nın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o, onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz”. 

Mia.az kulis.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. 

Onun sözlərinə görə, Salam Sarvan gənc yazıçılara araq içirdir: "Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur.”

Qeyd edək ki, şair Salam Sarvan gənc yazar Elşad Baratın AYB-dən qovulmasına barədə özünün sosial şəbəkədəki hesabında status yazmışdı. O, statusda Rəşad Məcidin də ünvanına sərt ittihamlar səsləndirmişdi: "Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bir yer olsaydı, mən üç il qabaq çıxmazdım ki o təşkilatdan. Onsuz da növbəti qurultayda Anar müəllimin özünü də oralardan uzaqlaşdıracaqlar. Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar - istedadsız olduqlarına görə. Çün istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdı, üstəlik bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdu”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR