Merkelin səhhəti qəfil pisləşib - Prezidentlə görüşdə gözlənilməz olay + VİDEO

img

18-06-2019 [17:39]


Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenskiilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib.

Rusiya mətbuatı xəbər verir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib.

Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.

Qeyd edək ki, Zelenski iyulun 18-də Almaniya kansleri ilə görüşmək üçün Berlinə gedib/Report.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA