16-06-2019 [12:07]
Bu axşam Türkiyə vaxtı ilə saat 21.00-da İstanbul Bələdiyyə sədrliyi uğurunda üz-üzə gələn Binəli Yıldırımla Əkrəm İmamoğlu canlı yayımda debata çıxacaqlar.
Mia.az xəbər verir ki, həm AKP, həm də CHP-nin razılaşmasına əsasən, debatın moderatorluğunu edəcək İsmail Küçükkaya axşamkı "duel"lə bağlı maraqlı açıqlamalar verib.
Moderator deyib ki, bir qrup var ki, onlar bu debatın baş tutmasını istəmirlər: "Mən Türkiyənin qazanmasını istəyirəm. Həmin qrup isə Türkiyənin qazanmasını deyil, qarışmasını istəyirlər. Məni təzyiq altında saxlamaq istəyənlərlə bağlı prokurorluq araşdırma aparır, onlar cavab verəcəklər".
Küşükkaya etiraf edib ki, ondan əvvəl debatın moderatorluğu Uğur Dündara həvalə olunubmuş: "Onun adı ortaya çıxanda, mənim üçün bu məsələ qapandı. Çünki o, televiziya xəbərçiliyinin bir nömrəsi, canlı əfsanəsi, hər kəsin güvəndiyi bir peşəkardır, böyümüzdür. Lakin Uğur Dündar inanılmaz formada sosial mediada linc edildi deyə o, bunu qəbul etmədi, geri çəkildi. Bundan 10 saat sonra CHP qrup başqan vəkili Engin Altay mənə zəng etdi. O, AKP sədrinin köməkçisi Mahir Ünalla birlikdə olduğunu və "CHP və AKP sizin adınızda birləşdi" dedi. Bir an belə düşünmədən "qəbul edirəm" dedim.
Küşükkaya etiraf edib ki, anası qərarına qarşı çıxıb:
"Anam "qəbul etmə, oğlum. Bax, Uğur Dündar qəbul etmədi, o, sənin böyüyündür, həm də çox təcrübəlidir. Sən də girmə bu işə, övladım" dedi və geri çəkilməmi istədi. Amma mən anamı inandıra bildim".
Küçükkaya deyib ki, debatla bağlı 18-20 sual hazırlayıb: "Mövzumuz bəllidir: İstanbul və seçki. Heç kim narahat olmasın, soruşulması vacib olan sualları verəcəyəm. Sadəcə, mənim deyil, xalqın maraqlandığı, cavab axtardığı sualları hazırlamışam. Bundan əlavə, hər ikisinə ayrı-ayrı 3 sualım olacaq. Əlimdə saniyə ölçən cihaz olacaq, hər suala 3 dəqiqəlk cavab haqqı tanıyacam".
Küçükkaya deyib ki, həm Binəli Yıldırım, həm də Əkrəm İmamoğlu düşərgəsindən ona "nə istəsəniz, soruşa bilərsiniz" mesajı verilib: "Bir daha deyirəm, heç kəs narahat olmasın: çətin, yaxud asan sual deyil, soruşulması vacib olan suallarım olacaq.
Burada üslub çox önəmlidir. Əsla rahatsızedici üslubum olmayacaq. Proqramda bütün haqlar mən də olacaq. Tərəflərin bir-birlərinin sözlərini kəsməsinə də izn verməyəcəm".
Qəzza bomba altında: daha 97 mülki şəxs həlak olub
Yanğınsöndürənlər snayperlə vurulub - İki nəfər ölüb
İsrail çimərliyi bombalayıb - 21 nəfər ölüb, biri jurnalistdir
Ağ Ev: "Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək"
Telekanal satılıb? - Açıqlama
Rusiyanın xarici borcu 317,5 milyard dolları aşdı
CHP-nin qurultayı ləğvi: Kılıçdaroğlu, yoxsa Özəl? - SORĞU
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
40 milyon təklif olundu - "Fənərbağça" geri çevirdi
DEPUTATLAR BU QANUNLARA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
DİN-dən sensasion əməliyyat: "Sputnik-Azərbaycan”ın ofisində... - RƏSMİ AÇIQLAMA + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bəylər Eyyubov Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olundu - PA-ya yeni posta gətirildi, yerinə isə... (FOTO)
"Qalatasaray" millinin üzvü ilə müqavilə bağlayacaq - 4 illik
Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı durmaq və... - Yekaterinburqdakı vəhşətin izi ilə (TƏHLİL)
Ərdoğan Böyük Britaniya XİN başçısını qəbul edib
Bakıda oğurluq edənlər tutulub
Ceyhun Bayramov Özbəkistan XİN rəsmisi ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gürcüstanın təhsil naziri istefa verib
Ərdoğan Azərbaycana gəlir - Bu tarixdə
BU ŞƏXSLƏRƏ EVLƏNMƏYƏ İCAZƏ VERİLMƏYƏCƏK - Azərbaycanda (SİYAHI)
İyul ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Tarif Şurası dərmanlarla bağlı daha bir qərar verildi
"Qalatasaray"ın prezidenti əməliyyat olub
İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb
"Beşiktaş"ın hücumçusu "Əl-Kholood" komandasına transfer olub
Mirzoyan Kallasa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib
"Beşiktaş" Artur Masuaku ilə yollarını ayırdığını açıqladı
İranda zəlzələ olub
Prezident sabiq nazirlə bağlı sərəncam imzaladı
Türkiyənin daha bir bölgəsində yanğın başlayıb
Qəzzada ərzaq anbarı bombalanıb - Ölən və yaralananlar var
"Sevilya" "Fənərbağça"nın qapıçısını "radar"a alıb
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
İş adamları və əhali bankdan pulunu geri çəkib - “Ziraat Bank Azərbaycan”da nə baş verir?
"Beşiktaş" ingilis hücumçu alır
Rüfət Səfərovun məhkəməsi - Hakim vəsatəti rdd etdi
"Beşiktaş" yeni transferini açıqlayıb
Bakıda ermənilərin məhkəməsi davam edir
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
XİN-də dəyişiklik - Yeni idarə yaradılıb
Sabah hava necə olacaq? - Proqnoz