107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

"İran, Nigeriya və Səudiyyə Ərəbistanında neft istehsalı azalıb" - Hesabat

img

13-06-2019 [19:36]


Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.

Mia.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı aprel ayı ilə müqayisədə 236 min barrel azalaraq gündəlik 29 milyon 880 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Anqola və Qabon artırıb.

 İraqın sutkalıq hasilatı 94 min barrel çoxalaraq 4 milyon 724 min barrelə çatıb. 

Anqolada gündəlik istehsal 74 min barrel artaraq 1 milyon 471 min barrel olub. 

Qabonda isə neft hasilatı 23 min barrel çoxalaraq sutkada 221 min barrelə yüksəlib.

Mayda kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Nigeriya və Səudiyyə Ərəbistanında azalıb. 

İranın gündəlik hasilatı 227 min barrel azalaraq 2 milyon 370 min barrelə düşüb. Nigeriyada istehsal 92 min barrel geriləyərək sutkada 1 milyon 733 min barrel təşkil edib. Səudiyyə Ərəbistanında isə hasilat 76 min barrel azalaraq 9 milyon 690 min barrel təşkil edib.

Ötən ay dünyada 3 qazma qurğusu fəaliyyətini dayandırıb, 41 qurğu isə işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 339 olub. Həmin qurğuların 574-ü OPEC-ə üzv ölkələrdədir.
Digər xəbərlər
SON XƏBƏRLƏR