07-06-2019 [14:46]
Energetika Nazirliyində Hindistanın JİTO təşkilatının baş katibi və alternativ enerji sahəsində fəaliyyət göstərən "Refex” qrupunun icraçı direktoru Anil Jainin rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, "Refex” qrupunun icraçı direktoru Anil Jain Azərbaycanda bir çox sahələrlə yanaşı, alternativ və bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb.
Bildirilib ki, "Refex Energy” Hindistanda günəş enerjisini inkişaf etdirmək üçün təsis edilib. Şirkət günəş enerjisi layihələrini istismar və texniki xidmətlərlə təmin edir və fotovoltaik günəş enerjisi stansiyasının qurulması üçün müasir mühəndislik, satınalma və tikinti xidmətləri daxil olmaqla, bir sıra təkliflər paketi təqdim edir.
Energetika nazirinin müavini Samir Vəliyev alternativ və bərpa olunan enerji sahəsinin inkişafı və bu sahədə layihələrin həyata keçirilməsinin Energetika Nazirliyinin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkədə bərpa olunan enerji sahəsinin inkişafı üçün böyük potensial var, günəş və külək enerjisindən istifadə sahəsində əlverişli iqlim şəraitinin olması bu istiqamətdə layihələrin həyata keçirilməsinə imkan verir.
S.Vəliyev bərpa olunan enerji sahəsində görülmüş işlər, müvafiq ərazilərin seçilməsi, bu ərazilərdə ölçmə işlərinin aparılması barədə məlumat verib. Bildirilib ki, bu sahədə qanunvericilik bazası hazırlanır, gələn ilin ortalarında isə bərpa olunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı bir sıra potensial investorlarla görüşlər keçirilir və gələcəkdə görüləcək işlərin aspektləri müzakirə edilir.
Qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ətraf mühitin qorunması, ənənəvi enerji mənbələrindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahənin investorlar üçün cəlbediciliyinin artırılması vacibdir.
Görüşdə ölkədə mövcud bərpa olunan enerji potensialı, külək və günəş enerjisi sahəsində görülən işlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iki ölkə arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO