Bakıda yarmarka təşkil ediləcək - Bu yerlərdə + SİYAHI

img

03-06-2019 [12:55]


İyunun 5-6-da Bakıda Ramazan bayramı münasibəti ilə "Kənd Şəhərə” yarmarkası təşkil ediləcək.

Mia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC açıqlama yayıb.

Bildirilib ki, bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir: "Ramazan bayramı günlərində paytaxtın 2 ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək. Bunun biri Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı, digəri isə Nizami rayonu, Qara Qarayev pr. 36A, "Orbita" ticarət mərkəzinin yanında yerləşir. İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib